DAĞ QURŞAĞI

geniş zolaq şəkilində ardıcıl yerləşən dağlıq ölkələr. Dağ qurumlarının rayonlaşdırılmasında ən iri vahid hesab olunur. Dağ qurşağının uzunluğu bir neçə 10 min km, eni isə bir neçə min kilometrə qədər olur (Mis: Avrasiya boyu uzanan dağ qurşağı). Geostruktur cəhətdən qırışıqlıq qurşağına uyğun gəlir. / Mis: Alp, Karpat, Qafqaz, Himalay/. горный пояс mountain belt
DAĞ QURĞUSU
DAĞ MASSİVİ
OBASTAN VİKİ
Dağ qurşağı
Alp qurşağı
Alp qurşağı — dağda qısaboylu ot bitkilərindən ibarət çəmənlik (yaylaq) deməkdir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Asteroid qurşağı
Asteroid qurşağı — Mars və Yupiter planetləri arasında yerləşən, Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi bölgə. Bəzi fərziyyələrə görə parçalanmış qədim planet Faetonun qalığıdır. Bu fərziyyələr Titsius-Bode qanunu ilə də təsdiq olunur. Qurşaqda yerləşən asteroidlərin ən iriləri Serera, Pallada, (4) Vesta və (3) Yunonadır. İlk asteroid Serera 1801-ci ildə kəşf edilmişdir. O həm də asteroidlərin ən böyüyüdür. Ən parlaq asteroid Vestadır. Qurşaqdakı asteroidlərin diametrləri 800 m — 1 km arasında dəyişir. Asteroid kəşfi, planetlərin riyazi bir seriala görə sıralandığını nəzərdə tutan (lakin Neptunun kəşfi etibarlılığını itirən) Titius-Bode qanunu sayəsində başlamışdır. Bu düstur J. D. Titius tərəfindən 1766-cı ildə, J. E. Bode tərəfindən isə 1778-ci ildə ifadə edilmişdir .
Göy qurşağı
Göy qurşağı — atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur. == Göy qurşağı haqqında məlumat == Bir çox mədəniyyət göyqurşağını cənnət ilə dünya arasındakı körpü olaraq görməkdədir. Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göy qurşağı qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin hər birinin bir mənası vardır. Yaşıl bolluq, qırmızı döyüş, sarı isə ölüm mənasını verir. Sibirdə göyqgurşağının Günəşin dili olduğu düşünülür. Cənubi Amerika aborigenləri isə göyqurşağının dənizin üzərində görülməsinin bir şans olduğuna inanırlar.
Koyper qurşağı
Ecvort-Koyper qurşağı və ya Koyper qurşağı — Neptun orbitindən, yəni Günəşdən 30 a.v., Günəşdən 55 a.v.-ya qədər ucalan Günəş sistemin bölgəsi. O, Asteroid qurşağına oxşayır, lakin ondan 20 dəfə geniş və 20-200 dəfə ağırdır. Günəş Sisteminin sonuncu planeti Neptunun arxasında, kosmik boşluqda milyardlarla km genişlikdə bir "Uçurum" var. Adına Koyper qurşağı deyirik. Milyonlarla irili-xırdalı daş-buz- qaya yığınından ibarətdir. Pluton da onlardan biridir. Günəşdən 5 milyard km uzaqlıqdan başlayıb onlarla milyard km`ə qədər uzanan qurşağın üzvləri ümumilikdə Neptunarxası cisimlər adlanır. Günəş Sisteminin formalaşmasından geriyə qalan həmin daş qaya yığınını, məhz Günəş Sisteminin bünövrə daşları adlandırmaq olar.
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı (24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Subantarktika qurşağı
Subantarktika qurşağı - cənub yarımkürəsində yerləşən coğrafi qurşaq. 58—60° ilə 65—67°Cənub en dairələri arasında qərarlaşır. Ərazisinin böyük hissəsi okeanlarda yerləşir. Sakit, Atlantik və Hind okeanlarının bir hissəsini əhatə edir. Ərazisində çoxlu sayda kiçik adalar vardır. Ərazisi Qərb küləklərinin təsirinə məruz qalır. Cənub sərhədi Cənub okeanı, şimal sərhədi bəzən Tristan-da-Kunya və Amsterdam adası olaraq götürülür. Digər mənbələrdə isə 65—67° və 58—60 °C. e arasında olan bölgə nəzərdə tutulur. Subantarktika qurşağı üçün hava kütlələrinin mövsüm üzrə bir-birini əvəz etməsi xarakterikdir. Qışda Antarktika, yayda isə mulayim enliklərin hava kütlələri hakimdir.
İqlim qurşağı
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1. Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır.
Ekvatorial iqlim qurşağı
== Ekvatorial iqlim qurşağı == Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 — +28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən , xüsusi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur.
Göy qurşağı bayrağı
Göy qurşağı bayrağı — göy qurşağı rənglərindən (mavi rəng daxil olmamaqla) ibarət olan bayraq. Dünyada lesbiyanlar, geylər, biseksual və transgenderlərin (qısa olaraq – LGBT), həmçinin onlara qarşı insan hüquqlarına dəstək hərəkatının beynəlmiləl rəmzidir. == Tarix == Göy qurşağı bayrağı Gilbert Baker tərəfindən xüsusi olaraq 1978 -ci ildə San Francisco Gay Azadlıq Günü üçün hazırlanmışdır. Bu il yerli LGBT cəmiyyəti üçün tarixi oldu - Kaliforniyada ilk dəfə olaraq açıq şəkildə gey olan Harvey Milk siyasi vəzifəyə (şəhərin müşahidə şurasının üzvü olaraq) seçildi. Eyni zamanda, dövlət mühafizəkarlar tərəfindən qanuna ayrı -seçkilik dəyişiklikləri ("Briggs Təşəbbüsü") daxil etmək üçün bir kampaniya başladıldı. Gilbert Baker, gey aktivistlərin LGBT cəmiyyətini təcəssüm etdirən və birləşdirən canlı bir simvol yaratmaq çağırışına cavab verdi. Bayraq gey qüruru və açıqlıq anlayışını təcəssüm etdirir.
Şərqi saat qurşağı
Şərqi vaxt zonası (ing. Eastern Time Zone), Amerika Birləşmiş Ştatları və Kanadanın şərq hissəsini, Cənubi Amerika qitəsini və Karib hövzəsini əhatə edən saat qurşağıdır. Qış mövsümündə Koordinasiya edilmiş ümumdünya vaxtı ilə 5, yaz mövsümündə isə 4 saat fərq var. Kanadanın aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Ontario Kvebek Nunavut Amerika Birləşmiş Ştatlarının aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Qərbi Virciniya Konnektikut Delaver Corciya Men Merilend Massaçusets Nyu-Hempşir Nyu-Cersi Nyu-York ştatı Şimali Karolina Ohayo Pensilvaniya Rod-Aylend Virciniya Aşağıdakı ölkər də şərqi vaxt zonasından istifadə edirlər: Meksika Panama Yamayka Haiti Kuba Baham adaları Cənubi Amerika qitəsində bəzi ölkələr də şərqi vaxt zonasından istifadə edirlər: Kolumbiya Ekvador (Qalapaqos adaları istisna) Peru Braziliyanın bəzi regionları Akri Amazonas — Əyalətin cənub-qərbindəki region.
Mərkəzi saat qurşağı
Mərkəzi saat qurşağı və ya Mərkəzi Amerika saat qurşağı (İngilis dilindəki abreviaturası: CT) — ABŞ, Kanada, Meksika və Mərkəzi Amerikanın bəzi hissələrini əhatə edən saat qurşağıdır. Bu saat qurşağı ümumdünya vaxtından (UTC) 6 saat geri qalır. Bu saat qurşağından istifadə edən ölkələrin əksəriyyətində yay vaxtının tətbiqi müşahidə olunur.
Dülyam (dağ)
Dülyam — Lerik rayonu ərazisində dağ. == Toponimi == Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır. == Həmçinin bax == Kömürgöy Qızyurdu == İstinadlar == == Xarici keçid == haqqinda.az/Tariximiz.
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Dəmirçitəpə (dağ)
Dəmirçitəpə-Quba rayonu ərazisində dağ. == Toponimi == Qaraçayla Qudyal çayı arasındakı sıra dağlar üstündəki zirvələrdən biridir. Tədqiqatçılar oronimi buradakı təpələrdən birində yaylağa gedən elat camaatına mövsümi xidmət göstərmək üçün dəmirçilərin müvəqqəti yurdu olması ilə əlaqələndirirlər. Etnotoponim olması da mümkündür.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Gicəki dağ
Gicəki dağı — Azərbaycan Respublikasının Qobustan rayonunun ərazisində alçaqdağlıq tirə. Gicəki tirəsinin ən yüksək zirvəsi Gicəki dağıdır. (hünd.1047.) metrdir.
Göyərçin (dağ)
Göyərçin- Azərbaycan Respublikasının Qazax rayonunda dağ. 2. Qobustanda palçıq vulkanı; 3. Cəbrayıl rayonunda dağ. Tədqiqatçılara görə, bu oronimlər peçeneq tayfalarından biri olan küyərçilərin adını əks etdirir. Türkiyənin Qars əyalətinin Kağızman qəzasında Göyərçin adlı iki kənd və bir dağ, keçmiş Cavad qəzasında Göyərçin adlı qışlaq, İrəvan qəzasında Göyərçin adlı xarabalıq, Quba rayonunun Gürzalı kəndində Göyərçin qayası, Laçın rayonunun Minkənd kəndində Göyərçinli təpə və s. qeydə alınmışdır.
Göyəzən (dağ)
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Kom (dağ)
Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.
Kopaonik (dağ)
Kopaonik (alb. Kopaoniku; serb. Копаоник) — Mərkəzi Serbiya və Kosovo ərazisində yerləşən dağ massivi. Kopaonik Raşka və Rasin vilayətlərini əhatə edir. == Ümumi məlumat == Kopaonik Serbiyanın ən böyük və uzun dağ masivvi hesab olunur. Massivin uzunluğu - 120 km, eni - 63 km, ən yüksək zirvəsi isə Pançiça Pikidir (2017 m). Dağ massivi kristallik şist, qranit və serpentinit tipli süxurlardan təşkil olunub. Massivin sahəsi - 2700 км²-dir. Kapaonikin mərkəzi hissəsində sahəsi 118 km² olan eyni adlı milli park yerləşir. Park 1981-ci ildə qurulmuş.
Kömüratan (dağ)
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.